MRC

Haqqımızda

Elsner_AGB_fuer_Unternehmer_DT

İnkişaf edən bizneslər üçün strateji həllər!

Marketinq Araşdırmalar Mərkəzi – Azərbaycanda peşəkar marketinq həlləri və tədris sahəsində lider olmaq məqsədilə fəaliyyət göstəririk. Biz, müasir biznes mühitinin tələblərinə uyğun strategiyalar hazırlayır və müştərilərimizə rəqabət üstünlüyü qazandırırıq.

Vizyonumuz

Vizyonumuz, Azərbaycanda marketinq araşdırmaları, dijital marketinq həlləri və peşəkar marketinq tədrisi sahəsində ən güvənilən və öndə gələn mərkəz olmaqdır. Biz, biznesləri gələcəyə hazırlamaq üçün təhsil və praktik dəstəyi birləşdirərək, həm şirkətlər, həm də fərdlər üçün inkişaf platforması yaratmağı hədəfləyirik. Təcrübə ilə tədrisi birləşdirərək, davamlı öyrənmə və inkişaf mədəniyyətini təşviq etmək istəyirik.

Missiyamız

"Marketinq Araşdırmalar Mərkəzi" olaraq missiyamız, bizneslərə innovativ marketinq strategiyaları hazırlamaq, onların rəqabət üstünlüyünü artırmaq və bazarda mövqeyini möhkəmləndirmək üçün təlim və dəstək göstərməkdir. Biz, peşəkar dijital marketinq dəstəyi, sosial media idarəçiliyi, marketinq konsultasiyası və sahə üzrə praktiki biliklərin paylaşılması ilə müştərilərimizə güclü dəstək veririk. Missiyamız, yalnız nəticə yönümlü həllər təqdim etməklə kifayətlənməyərək, həm də bazarda fərqlənmək istəyən şəxslər və şirkətlər üçün marketinq tədrisi həyata keçirməkdir.

0 %
Müştərilərimizin 85%-i xidmətlərimizdən tam məmnun qalmışdır.
0 +
Bizimlə çalışan bizneslərin 60-ı bir il ərzində satışlarını artırmışdır.
0 +
Təlimlərimizə qatılan iştirakçıların 30-u yeni biliklər əldə edərək karyeralarında irəliləyiş görmüşdür.
0 +
120-dən çox müştəri, bizimlə işbirliyi nəticəsində brendlərini gücləndirərək bazarda rəqabət üstünlüyü qazanmışdır.